Ələt-Astara yolunda avtomobil qəzası baş verib. Hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-LR-088 dövlət qeydiyyat nömrəli “Toyoto Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq, təxminən 20-25 metr kənara aşıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır. (“Report”)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man