50 nəfərlik toylara icazə verilmir, amma... – "İnsanları bezdirmək olmaz"

05 Aprel 2021 | 16:15
OXUNUB: 606
"Nazirlər Kabineti yanında Operativ  Qərargahın verdiyi qərarlar əksər hallarda yersizsizdir”.

Bu sözləri Sfera.az-a açıqlamasında qadağalara rəğmən son zamanlar ölkədə toy şənlikləri keçirmək cəhdlərinin artması səbəblərini dəyərləndirərkən, politoloq Cümşüd Nuriyev deyib:

"Bütün restoran və kafelər açılıb. Paytaxtda həmin məkanlar ağzına qədər dolur.  Necə olur ki, 50 nəfərlik toy və ya nişan  keçirmək olmaz, buna gedənlər cərimələnir, amma restoranlara, kafelərə  daha çox adam gəlsə də, onlar fəaliyyət göstərirlər.  Restoranların nəinki içərisi, çölü də bu ərəfədə insanlarla doludur, məsafə də gözlənilmir”.

Həmsöhbətimiz ölkədə səhiyyə sisteminin məhv olduğu qənaətindədir: "Bütün qərarlar da sanki ancaq yoxsullar üçün nəzərdə tutulub.  Azərbaycanda səhiyyə sistemi də məhv olub.  Ölkədə səhiyyə sistemilə məşğul olan bir təşkilat olar.  Amma ölkəmizdə həmin sistemlə Səhiyyə Nazirliyi ilə yanaşı, alverçilərdən ibarət TƏBİB və Tibbi Sığorta məşğul olur.  Bunların hamısı bir əldə cəmlənməlidir.  Bu istiqamətdə əsaslı islahat həyata keçirilməlidir.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) isə ümumiyyətlə ehtiyac yoxdur, parçalanmalıdır.  Yığım məsələsi Dövlət Sosial Müdafiə Fonduna, reabilitasiya işi isə Səhiyyə Sisteminə verilməlidir”.

C. Nuriyevə görə, son günlər qadağa olunmasına baxmayaraq, artan toy və nişan şənliklərinə cəhdlər vətəndaşların mövcud qadağaya etirazlarının nəticəsidir: "Toy da keçirilməli, yas da yola verilməlidir, bura müsəlman ölkəsidir.  Hansı qadağadan söhbət  gedir ki, iri supermarketlər işləyir.  50 nəfərlik toy keçirməyə icazə vermirlər, amma iri supermarketlərdə minimum 100  adam olur. İnsanları bezdirmək olmaz”.
 
Elçin
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man