Koronavirusa yoluxan futbolçu karantinə əməl etmədi, qəzaya düşdü

Maraqlı 07 Aprel 2021 | 11:08
OXUNUB: 855

Braziliyanın "Palmeyras" klubunun futbolçusu Luis Adriano koronavirusa yoluxub.

"Report"un məlumatına görə, bu barədə 34 yaşlı hücumçunun özü instaqram hesabı vasitəsilə açıqlama verib.

O, aprelin 1-də testinin müsbət çıxdığını bildirib: "Hazırda xəstəliyin əlamətləri yoxdur. Ancaq özümü təcrid etmək məcburiyyətində qaldım. Bu qaydaya məhəl qoymadım və aprelin 5-də anamı götürmək üçün supermarketə getdim. Lakin avtomobildən düşmədim. Hər zaman tibbi maska taxıram".

Adriano avtodayanacaqda velosipedçi ilə toqquşaraq qəzaya düşdüyünü vurğulayıb: "Evdən çıxmamalı idim, səhv etdiyimi anlayıram".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man