Meksikanın şimalındakı Sonora ştatında iki avtobusun toqquşması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, daha 13 sərnişin müxtəlif xəsarətlər alıb. Bu barədə “El Universal” qəzeti öz saytında bildirib. Hadisə regionun şimal-qərbində olub. Turistlərin olduğu avtobusla dağ-mədən müəssisəsinin işçilərini daşıyan xidməti avtobus Kaborka və Sonoyota şəhərləri arasındakı yolda toqquşublar.
Yol-nəqliyyat hadisəsinin səbəbləri haqqında məlumat verilmir. Ştat hakimiyyəti hadisənin başvermə şəraitini müəyyənləşdirməyə başlayıb.
Daha əvvəl hadisə zamanı 13 nəfərin həlak olduğu bildirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man