Sərnişin qatarı relsdən çıxdı; ölən və xəsarət alanlar var - FOTO + VİDEO - YENİLƏNİB

Yol qəzaları 02 Aprel 2021 | 13:42
OXUNUB: 1096

Tayvanda sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 48 nəfərə, yaralıların sayı isə 118 nəfərə çatıb.

Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Tayvanın Mərkəzi İnformasiya Agentliyi yayıb.

Bildirilib ki, hadisə aprelin 2-də səhər saatlarında Xualian qəsəbəsindəki “Dasinşuy” daxili tunelində baş verib.

Qatar 350 sərnişin üçün nəzərdə tutulan 8 vaqondan ibarət olub.

Məlumata görə, 2-ci və 3-cü vaqon relsdən çıxıb, 4-cü və 5-ci vaqonlarda isə güclü deformasiya olub.

Hadisə tuneldə yolları daşlardan təmizləyən texnika ilə qatarın toqquşması nəticəsində baş verib.

09:45

Tayvanda sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi informasiya agentliyi bildirib.

Məlumata görə, qəza nəticəsində 61 nəfər xəsarət alıb, daha 72 nəfər qatarların arasında bloklanıb.

Daha əvvəl bildirilib ki, hadisə zamanı 4 nəfər həlak olub, azı 20 nəfər xəsarət alıb.

Qəza yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 5:00-da) Xuayalyan rayonunda tuneldə olub. Hadisə zamanı qatarın 8 vaqonunda 350 sərnişin olub.

Bildirilir ki, ikinci və üçüncü vaqon relsdən çıxıb.

Birinci üç vaqondan artıq 60 sərnişin azad edilib, bununla yanaşı, dördüncü və beşinci vaqona güclü ziyan dəyib, hazırda xilasetmə əməliyyatı aparılır.

09:00

Tayvanda sərnişin qatarı relsdən çıxaraq qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə yerli yerli vaxtla 9:00-da Xuayalyan bölgəsindəki “Daçin” tunelində qeydə alınıb. Bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb.

Bildirilir ki, hadisə zamanı qatarın 8 vaqonunda 350 sərnişin olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man