Əməkdar artist Bəsti Sevdiyeva oğlu Ayxanı evləndirib.
Müğənni pandemiyaya görə övladının toyunu Rusiyada edib. Bu haqda Sevdiyeva "Zaurla Günaydın" proqramında danışıb:
"Gülarə oğlumun öz seçimidir. Qız Rusiyada yaşayırdı. Pandemiya düşdü, gördüm ki, çox uzanır. Fikirləşdim ki, uşaqlar nə qədər telefonla danışacaq. 2 ildir münasibətləri var idi. Dedik, pandemiya nə vaxt bitəcək bilmirik. Ona görə də, qərar verdik ki, Rusiyada toy edək. On günlük Moskvaya getdik, "hə", nişan, xınayaxdı oldu. Sonra da qız toyu etdik, gətirdik qızı evimizə. Hələ bizim toy olmayıb".
Gülarə stomatoloq olduğunu söyləyib.
(axşam.az)