Zelenski Krımın işğaldan azad edilməsi strategiyasını təsdiqlədi

27 Mart 2021 | 10:37
OXUNUB: 948
Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Krımın işğaldan azad olunması və reinteqrasiyası strategiyasını təsdiqləyib.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.

Zelenskinin imzaladığı fərmanla qüvvəyə minən strategiyanın Ukrayna ordusunda və müdafiə sahəsindəki prioritetləri və hədəfləri müəyyənləşdirdiyi bildirilib.

Açıqlamada Ukraynanın hərtərəfli müdafiəsinin BMT-nin Nizamnaməsində zəmanət verilən "hər bir ölkənin hücumu qarşısında özünü qorumaq hüququ” prinsipi ilə uyğun olduğu ifadə edilib. 

Strategiyanın Ukraynanın milli maraqlarını hərbi təhdidlərdən qorumağı hədəflədiyi vurğulanıb. 

Ukraynanın Avroatlantik bölgəyə inteqrasiyasına və NATO üzvlüyünə kömək edəcəyi, Ukraynanın beynəlxalq sülh, təhlükəsizlik əməliyyatlarında fəal iştirakının strategiya çərçivəsində nəzərdə tutulduğu qeyd olunub.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man