Hansı halda tək şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edə bilərik?

Yeniliklər 01 Aprel 2021 | 13:33
OXUNUB: 557

Azərbaycan vətəndaşları üçüncü ölkədən Türkiyəyə biometrik şəxsiyyət vəsiqəsi ilə səyahət edə bilməyəcəklər.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. Onun sözlərinə görə, üçüncü ölkədən Türkiyəyə səfər edən şəxslər mütləq şəkildə ümumvətəndaş pasportundan (xarici pasport) istifadə etməlidir:

“Vətəndaşlar biometrik şəxsiyyət vəsiqəsi ilə yalnız Azərbaycandan Türkiyəyə səfər edə biləcəklər. Azərbaycan vətəndaşı Türkiyədən üçüncü ölkəyə yaxud üçüncü ölkədən Türkiyə ərazisinə keçid etmək istədikdə, mütləq şəkildə ümumvətəndaş pasportundan istifadə etməlidir”.

Qeyd edək ki, bu gündən etibarən Azərbaycan və Türkiyə vətəndaşları biometrik şəxsiyyət vəsiqələri ilə hər iki ölkə ərazisinə səfər edə və orada 90 gün qala bilərlər. Bu halda hər iki ölkə vətəndaşlarına məxsus sərhədkeçmə sənədləri - şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu (xarici pasport) ölkə ərazisinə giriş tarixindən etibarən ən azı 30 gün etibarlılıq müddətinə malik olmalıdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man