Ukraynadan elektron pasportlarla bağlı inqilabi qərar - FOTO

Yeniliklər 31 Mart 2021 | 22:00
OXUNUB: 815

Ukraynanın Ali Radası “Dii” tətbiqində rəqəmsal pasportları plastik və ya kağız analoqu ilə bərabərləşdirən qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Bu barədə Ukraynanın “Onlayn dövlət xidmətləri” saytı xəbər verib.

Layihənin mətninə görə, Ukrayna vətəndaşının “Dii” tətbiqində şəxsiyyətini təsdiq edən rəqəmsal sənədi və xaricə səyahət üçün rəqəmsal pasportu fiziki analoqları ilə eyni qanuni qüvvəyə malik olacaq.

Ölkənin Rəqəmsal Transformasiya naziri Mixail Fedorovun sözlərinə görə, bənzər təcrübə digər ölkələrdə - Polşa, Cənubi Koreya, İngiltərə, Finlandiya və ABŞ-da da həyata keçirilir. Estoniya vətəndaşları isə rəqəmsal İD kartı ilə onlayn şəkildə dövlət xidmətlərindən yararlanır, bank hesablarını idarə edir və internet vasitəsilə səs verə bilirlər.

“Ancaq məhz Ukrayna smartfonda rəqəmsal pasportların qanuni olaraq kağız və plastik sənədlərlə eyni qüvvədə saydığı ilk dövlətdir”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, bu qərarın ətraf mühit üçün də əhəmiyyəti var.

“Artıq ukraynalılar sənədlərin kağız surətlərini (şəxsiyyət təsdiqlənməsi üçün tez-tez müxtəlif qurumlarda tələb olunur) daha az çıxarmaq məcburiyyətindədirlər”, - deyə o vurğulayıb.

 

.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man