İrqçiliyə yol verən azarkeşlərə ömürlük QADAĞA

Yeniliklər 31 Mart 2021 | 21:02
OXUNUB: 773

Çexiyanın "Slaviya" (Praqa) klubu Şotlandiya "Reyncers"inin futbolçusu Qlen Kamara ilə bağlı irqçi bannerin müəlliflərini və onunla şəkil çəkdirən azarkeşlərini cəzalandırıb.

Bu barədə Praqa təmsilçisinin prezidenti Yaroslav Tvrdik klubun rəsmi tvitter səhifəsinə açıqlamasında deyib. Funksioner irqçiliyə yol verən fanatların bir daha komandanın ev oyunlarına buraxılmayacağını, onlara ömürlük qadağa qoyulduğunu bildirib. O, həmin şəxsləri müəyyənləşdirmək üçün polislə yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.

Qeyd edək ki, "Reyncers" və "Slaviya" komandaları arasında Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında qonaq komandanın müdafiəçisi Ondrjey Kudela ilə meydan sahiblərinin yarımmüdafiəçisi Qlen Kamara arasındakı qalmaqal baş verib. İddiaya görə, Kudela oyun vaxtı Kamaraya qarşı irqçi ifadələr işlədib. Nəticədə 34 yaşlı arxa xətt oyunçusu final fitindən sonra tuneldə naməlum şəxs tərəfindən döyülüb.

Bu hadisədən sonra "Slaviya" azarkeşləri üzərində "Kamara adi zəncidir" ifadəsi yazılmış irqçi banner hazırlayaraq, bununla foto çəkdirib və sosial şəbəkələrdə yayıblar.

İlk matçda "Reyncers"lə 1:1 hesablı heç-heçə edən "Slaviya" cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. ("Report")

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man