Bu gün yol polisləri Qaradağ rayonu ərazisində Qarabağ qazisi Kəbirov Ramil Elçin oğluna kömək edib. Avtosfer.az xəbər verir ki, qazimiz özünü pis hiss edib və həkimə getmək istəyib. Bir neçə avtomobilə əl etsə də saxlayan olmayıb. Ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları baş inspektoru İlyas Vəliyev və inspektor Rəşid Hüseynov onu görüb.
YPX avtomobilinə əyləşdirərək həkimə aparıblar. Qazimiz bildirib ki, müharibədən sonra səhhətində problemlər yaranıb və vaxtaşırı bu cür hallar baş verir. Yol polisi əməkdaşları hərəkətdə olarkən təcili tibbi yardım maşını görüb və saxlayaraq kömək istəyiblər. Məlum olub ki, qazimizin qan təzyiqi olub. İlkin tibbi yardımdan sonra onun vəziyyəti normallaşıb. Daha sonra isə xəstəxanaya çatdırılıb.
Qazi Ramil Kəbirov YPX əməkdaşlarına təşəkkürünü bildirib. Videonu təqdim edirik:
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man