Bakıda yolun ortasına əkilmiş ağaclar sürücülərə təhlükə yaradır - DİQQƏT! - VİDEO

Nəqliyyat TV 29 Mart 2021 | 12:15
OXUNUB: 1294

Bakının Yeni Ramana yolunda (Buta Palace-ın yaxınlığında)yerləşən dairəyə əkilmiş ağaclar sürücülərə təhlükə yaradır. Bu barədə bir neçə sürücü redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki,  sözügedən dairənin həm özündə, həm də dairənin bilavasitə qarşısındakı adacıqlarda ağaclar əkilib. Həmin ağaclar kifayət qədər qollu-budaqlı olduğuna görə sürücülərin görünüş dairəsini məhdudlaşdırır. Qeyd edək ki, ağaclar həmin əraziyə yeni əkilib. 1-2 ildən sonra qol-budaq ataraq sürücülərin görünüşünü tam şəkildə məhdudlaşdıracaq. Ona görə də aidiyyəti qurumlar indidən tədbir görməlidir.

Görünmə bucaqları normal olmalıdır ki, fərqli istiqamətdən gələn nəqliyyat vasitələrinin sürücüləri bir-birini görə bilsinlər. Onu da təmin etmək üçün yaşıllıqların hündürlüyü 70 sm-dən yuxarı olmamalıdır və yaxud da nəhəng ağaclar olsa aşağıdan 2 metrlik hündürlükdə gövdələrindəki  budaqlar təmizlənməlidir.

Lakin problemin köklü həll olunması üçün yaxşı olardı ki, əkilmiş ağaclar oradan çıxarılaraq başqa yerə köçürülsün.

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man