Bakıda "uçan maşın" ağır qəza törətdi, hər ikisi yolun əks tərəfinə düşdü - VİDEO
Yol qəzaları29 Mart 2021 | 11:30
OXUNUB: 1162
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Report-un xəbərinə görə, hadisə bayram tətili günlərində paytaxtın Azneft dairəsindən Bayıla gedərkən Əl Oyunları İdman Sarayının qarşısında qeydə alınıb. Belə ki, gecə saatlarında yüksək sürətlə hərəkət edən avtomobil təhlükəsizlik adacığına daxil olub, sonra isə qarşıda gedən maşına çırpılıb. Nəticədə zərbənin təsirindən hər iki avtomomobil əks istiqamətə çıxaraq dayanıb.
Qəza anı həmin yolda hərəkətdə olan digər avtomobildə quraşdırılmış videoregistrator vasitəsilə qeydə alınıb.