Zaqatalada müharibə iştirakçısı olan iki qardaş qəzada xəsarət alıb - FOTO

Yol qəzaları 28 Mart 2021 | 23:29
OXUNUB: 3860

Zaqatalada Vətən müharibəsi iştirakçısı olan iki qardaş yol qəzasına düşüb.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kəndi ərazisində baş verib.

Nail İsmayılovun idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub. Qəza zamanı “VAZ 2106” markalı avtomobildə olan Zaqatalanın Çobankol kənd sakinləri – 1994-cü il təvəllüdlü Abdulsəməd Elxan oğlu Mahmudov və 1999-cu il təvəllüdlü Abdulhəmid Elxan oğlu Mahmudov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qardaşlardan Abdulsəmədə qapalı kəllə-beyin travması, Abdulhəmidə isə sağ ayağının travması diaqnozu qoyulub.

Qeyd edək ki, Abdulsəməd və Abdulhəmid Mahmudov qardaşları Vətən müharibəsi iştirakçılarıdır.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man