Lənkəranda yük avtomobili yeniyetməni vurub qaçdı - FOTO

Yol qəzaları 28 Mart 2021 | 22:39
OXUNUB: 875

Lənkəran şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Göyşaban dairəsi ərazisində qeydə alınıb.

Belə ki, Göyşaban kənd sakini, 2008-ci il təvəllüdlü Dadaşov Məhəmmədəli Anar oğlunu avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb.

Piyadanı vuraraq köməksiz vəziyyətdə qalmasına səbəb olan avtomobilin “Qazel” markalı yük maşını olduğu deyilir.

Yaralı travmatik şok diaqnozu ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törədən sürücünün tapılması istiqamətində zəruri tədbirlər görülür.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man