ABŞ-dan Putinin debat təklifinə cavab: “Bayden məşğuldur”

18 Mart 2021 | 23:18
OXUNUB: 3316
Ağ Ev Rusiya prezidenti Vladimir Putinin ABŞ rəhbəri Co Baydenlə debat təklifinə münasibət bildirib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ administrasiyası Baydenin məşğul olduğunu açıqlayıb.

"Hələ heç nə demək olmaz. Sabah prezident məşğuldur”, - deyə Ağ Evdən Rusiyaya cavab olaraq bildirilib.

Ağ evin mətbuat katibi Cen Psaki dövlət başçılarının gələcək danışıqları barədə məlumatlı olmadığını qeyd edib. O, eyni zamanı Rusiya rəhbərliyi ilə əlaqələrin davam etdiyini vurğulayıb.

"Əgər biz bununla bağlı fikrimizi dəyişsək, mən sizə bildirəcəyəm", - Psaki Baydenin Rusiya liderinin debat təklifini qəbul edəcəyi barədə suala cavabında deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydeni canlı yayımda debata dəvət edib. Rusiya lideri cümə və bazar ertəsi Baydenlə müzakirələrə hazır olduğunu söyləyib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man