Şirkət rəhbəri qayda pozdu, işçisi cərimə olundu: 600 manat, 10 bal - VİDEO

İctimai nəqliyyat 27 Mart 2021 | 21:58
OXUNUB: 6564

Quba sakini idarə etmədiyi avtomobilə görə 600 manat cərimə edilib, sürücülük vəsiqəsinə isə 10 bal yazılıb. Sürücü iddia edir ki, qaydaların pozulduğu avtomobili heç vaxt idarə etməyib.

Avtosfer.az-ın  məlumatına görə, Qubanın İsnovqışlaq kəndinin sakini Araz Məmmədov iddia edir ki, başqasının qayda pozuntularının cəzasını çəkir.

O, bir neçə ay əvvəl "Qaraçay" kimi bilinən karxanaya işə düzəlib və təqdim etdiyi sənədlərin arasında sürücülük vəsiqəsi də olub. Lakin Araz Məmmədovun razılığı olmadan kimsə onun sürücülük vəsiqəsindən istifadə etməklə öz şəxsi avtomobilinə etibarnamə yazdırıb. Nəticədə sonuncu etibarnamə Araz Məmmədovda olduğundan bütün qayda pozuntuları da vətəndaşa tərtib edilib.

Araz Məmmədov deyir ki, 600 manat cərimə ödənilsə də, sürücülük vəsiqəsinə yazılan cərimə balları silinməyib. Hazırda işsiz olan Araz aylardır ki, sürücü kimi özünə gəlir yeri tapa bilmir.

Üz tutduğu yerlər sürücülük vəsiqəsində cərimə ballarının olduğunu əsas gətirərək ona iş vermirlər.

Özünü şirkət nümayəndəsi kimi təqdim edən şəxs isə anlaşılmazlıq səbəbindən cərimələrin Araza yazıldığını bildirib.

Vətəndaşın sürücülük vəsiqəsini alan şirkətin müdiri İxtiyar adlı şəxs isə bizimlə telefon danışığında məsələdən xəbərsiz olduğunu və ümumiyyətlə Araz adlı işçisinin olmadığını bildirdi.

Lakin maraqlıdır ki, vətəndaşın razılığı olmadan onun şəxsi sənədlərindən istifadə edən şirkətin müdiri bizə Araz Məmmədov adlı işçisinin olmadığını bildirsə də, problemi həll edəcəyi ilə bağlı ona dəfələrlə söz verib.

Araz Məmmədov ona aylardır ki, verilən sözlərə artıq inanmır. O, sürücülük vəsiqəsində olan balın silinməsini tələb edir.

Hüquqşünaslar bildirir ki, Araz Məmmədov prokurorluğa şikayət edərək məsələnin araşdırılmasın tələb edə bilər. Həmçinin şikayət ərizəsini dövlət yol polisinə təqdim etməklə həmin avtomobili özü idarə etmədiyini sübut edə və sürücülük vəsiqəsinə yazılan balları sildirə bilər. Vətəndaşın sənədindən qanunsuz istifadə edən şirkət müdiri isə şikayət əsasında inzibati qaydada məsuliyyətə cəlb edilə və ya haqqında cinayət işi açıla bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man