Bakıda qaydaları pozub qəza törədən sürücü kameraya düşüb. Bu barədə zərərçəkmiş sürücü qeydə aldığı videonu redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, 99-VU-274 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü martın 26-ı paytaxtın İsmayıl Talıblı küçəsində manevr qaydasını pozaraq iki zolağın arası ilə hərəkət etməyə başlayıb. Bu zaman görüntünü qeydə alan avtomobilin yan güzgüsünü vuraraq hadisə yerindən yayınıb.
Zərərçəkmiş şəxs Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən həmin sürücünün tapılıb məsuliyyətə cəlb edilməsini xahiş edir.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man