Sürücü yol polisinə rüşvət yox, qəbz verib - DYP-dən AÇIQLAMA - VİDEO

İctimai nəqliyyat 27 Mart 2021 | 13:10
OXUNUB: 7384

Sosial şəbəkələrdə və bəzi saytlarda Şəmkir postunda yol polisi əməkdaşının yük maşınının sürücüsündən rüşvət alması ilə bağlı videogörüntülər yayılıb. İdda olunur ki, sürücü YPX əməkdaşı tərəfindən saxlanılıb və cibindən pul çıxararaq ona verib. 
Lakin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi,  polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a açıqlamasında bildirib ki,  həmin görüntülər tam araşdırılıb. "16 BB 856 dövlət nömrə nişanlı, "Kamaz" markalı yük maşınının sürücüsü  Ələsgərov Eşqin Əli oğlu posta dəvət olunub və etiraf edib ki, həmin vaxt YPX əməkdaşları onu qəzəbləndirib və o, yükün qəbzini cibindən çıxararaq inspektora verib. Lakin sürücünü posta apararaq yükdaşıma qaydalarını pozduğuna görə protokol tərtib ediblər."
Namidan Piriyev onu da bildirib ki,  yol polisinin rüşvət alması ilə əlaqədar iddialar əsassızdır. Sürücü özü də pul yox, yükə dair qəbz təqdim etdiyini etiraf edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man