Misirdə iki qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 100-ü keçib - YENİLƏNİB

Yol qəzaları 26 Mart 2021 | 21:16
OXUNUB: 708

Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 108-ə çatıb, 32 nəfər həyatını itirib.

APA TASS-a istinadən xəbər verir ki, qatarlar Sohaq əyalətinin Tahta şəhəri yaxınlığında toqquşub. Qatarlardan biri Luksor-İsgəndəriyyə, digəri isə Asuana-Qahirə marşrutu üzrə hərəkət edirmiş.

İlkin məlumata görə, hadisəyə qatarlardan birinin əyləc kranının qopması səbəb olub. Nəticədə onun arxasınca gələn ikinci qatar vaxtında dayana bilməyib.

Qəza zamanı birinci qatarın son iki vaqonu və ikinci qatarı çəkən lokomotiv relsdən çıxaraq aşıb. Hadisə ilə əlaqədar olaraq Misirin cənubunda dəmir yollarında hərəkət tamamilə dayandırılıb.

 

Hadisə yerinə təxminən 74 təcili tibbi yardım maşını xəlb olunub. Yerli həkimlərə kömək məqsədilə Qahirədən əlavə tibb işçiləri göndərilib.


17:36
Misirdə xeyli sayda insanın ölümü ilə nəticələnən ağır nəqliyyat qəzası baş verib.

Unikal.org xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd edilir ki, Misirdə sürətlə hərəkət edən iki qatar toqquşub. Səhiyyə nazirliyinin verdiyi məlumata görə faciə nəticəsində 32 nəfər həyatını itirib, 66 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man