DYP-dən moped və motosikletlərə qarşı REYD - FOTO

İctimai nəqliyyat 25 Mart 2021 | 20:00
OXUNUB: 2162

Son zamanlar, xüsusən də pandemiya dövründə onlayn qida sifarişlərinin və digər xidmətlərin göstərilməsi məqsədilə ölkə ərazisində, o cümlədən Şəki şəhərində mopedlərə və bu kimi digər mexaniki nəqliyyat vasitələrinə təlabat artmışdır.
Lakin, mövcud qanunvericilikdə belə nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsinin olması nəzərdə tutulmadığından, bir sıra fərdi sahibkarlar onları idarə etmək üçün yol hərəkəti sahəsində zəruri bilik və təcrübəyə malik olmayan şəxslərə həvalə edirlər. Həmin şəxslər isə sözügedən nəqliyyat vasitələri ilə yollarda bilərəkdən svetoforun qadağanedici siqnalının, yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə riayət etməyərək tez-tez yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar ki,bu da ciddi narahatçılıq doğurur.
Eyni zamanda müşahidələr göstərir ki, respublika əhəmiyyətli avtomobil yollarında texniki cəhətdən nasaz vəziyyətdə olan lazımi təchizata malik olmayan motosikletlərlə qanunvericiliyin tələblərinə zidd olaraq yük və ya sərnişin daşınması hallarına da rast gəlinir.
Qeyd olunanlar hərəkətin digər iştirakçılarının yollarda rahat və fasiləsiz hərəkətinə ciddi maneə yaratmaqla ağır yol qəzalarının baş verməsinə gətirib çıxarır.
Bunun nəticəsidir ki,sözügedən nəqliyyat vasitələrinin iştirakı ilə 2020-ci ildə və cari ilin bugünədək olan (15.03.2021) dövrü ərzində respublika ərazisində baş vermiş 40 yol-nəqliyyat hadisəsində 16 nəfər həlak omuş və 28 nəfər xəsarət almışdır.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən mopedlərlə küçə-yol şəbəkəsində svetoforun qadağanedici siqnalının, yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə riayət etməyən, ötmə, manevretmə və digər yol hərəkəti qaydalarını pozan şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə uyğun olaraq inzibati tənbeh tədbirləri görüləcəkdir.
Şəki Dövlət Yol Polisi rayon sakinlərinə müraciət edir ki, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamaq üçün, yol hərəkəti sahəsində zəruri bilik və təcrübəyə malik olmayan şəxslər mopedləri idarə etməsinlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man