Növbəti nəsil Mazda CX-5 yeni mühərriklə təchiz olunacaq

Nəqliyyat xəbərləri 24 Mart 2021 | 20:37
OXUNUB: 1370

Mazda CX-5 modelinin gələcək nəsil dəyişikliyi ətrafında cərəyan edən söz-söhbətlər səngimək bilmir. Biriləri modelin arxa ötürməli kross-kupeyə çevriləcəyini, digərləri isə, onun adının CX-50 olaraq dəyişdirəcəyini, üstəlik BMW ilə rəqabət aparmaq üçün daha yüksək sinifdə yerləşəcəyini iddia edirlər. Bu günlərdə insayderlər krossover üçün, növbəti nəsil Mazda6 modelinin də alacağı yeni mühərrikin hazırlandığını bildiriblər.

Yaponiyanın BestCarWeb.jp portalının bildirdiyinə görə, yeni Mazda6 və CX-50 modelləri altısilindrli mühərriki alacaqdırlar. İlkin məlumatlara görə, sıralı altısilindrli mühərrikin iş həcmi 3,0-litrə bərabər olacaqdır. Paralel olaraq, Mazda şirkəti ikinci nəsil turbodizelin üzərindəki çalışmaları davam etdirir.

Yapon jurnalistləri növbəti nəsil Mazda CX-5 krossoverinin iki kuzov variantı ilə təklif olunacağını da iddia edirlər - standart və kupşəkilli.

Bestcarweb.jp nümayəndələri krossoverin mülayim hibrid prinsipi ilə işləyəcək 300 at qüvvəli hibrid güc qurğusu ilə təchiz ediləcəyini də bildiriblər.

İlkin məlumatlara görə, Mazda CX-50 modelinin təqdimatı 2021-ci ilin sonunda və ya 2022-ci ilin əvvəlində keçirilməlidir./autograph

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man