Ölkəyə 5 milyonluq hibrid avtomobillər gətirilib

Nəqliyyat xəbərləri 23 Mart 2021 | 18:20
OXUNUB: 1240

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana 5,251 mln. ABŞ dolları dəyərində 1 042 yeni hibrid avtomobili idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,4%, miqdar ifadəsində 18,2% azdır.

Avtosfer.az APA-ya istinadən bildirir ki, hibrid avtomobillərin ümumi avtomobillərin idxalındakı çəkisi 11% təşkil edib. Bu, illik müqayisədə dəyişməz olaraq qalıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2020-ci ildə Azərbaycana 28,032 mln. ABŞ dolları dəyərində 5 080 yeni hibrid avtomobili idxal edilib. Bu, illik müqayisədə 2,7 dəfə çoxdur. Ötən il ən çox hibrid avtomobil Yaponiyadan gətirilib. Belə ki, 2020-ci ildə Azərbaycan Yaponiyadan 21,315 mln. dollarlıq yeni 4 752 hibrid avtomobil idxal edib ki, bu da illik müqayisədə 39,8% çoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man