"Ağdam gözəl görkəmini geri qaytaracaq”- Hikmət Hacıyev

13 Mart 2021 | 21:09
OXUNUB: 4811
Ağdamda olarkən qarışıq hisslər keçirirəm.

Sfera.az xəbər verir ki, bunu açıqlamasında Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Bir tərəfdən, bu, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyev tərəfindən xalqımıza qazandırılan qələbə hissidir. Digər tərəfdən bu xarabalıqları müşahidə edərkən insan istər-istəməz bir qədər məyus olur.

Ancaq əminik ki, dövlətimiz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında Ağdamı bərpa edəcək və bölgə yenidən gözəl görkəmini geri qaytaracaq”, - H.Hacıyev bildirib.

Qeyd edək ki, media orqanları, QHT rəhbərləri, blogerlər və ictimai fəallar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti altında Ağdamda səfərdədir.
 
(Caliber.az)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man