3D printrdə çap edilmiş yaşayış qəsəbəsi salınacaq

Maraqlı 22 Mart 2021 | 10:25
OXUNUB: 679

ABŞ-ın Kaliforniya ştatında ilk dəfə olaraq 3D printerdən istifadə etməklə çap edilmiş evlərdən ibarət qəsəbə salınacaq.

Bu barədə “Guardian” nəşri məlumat yayıb.

Məlumata əsasən, qəsəbə Ranço-Miraj şəhəri ərazisində salınacaq. Plana görə, Koaçella vadisindəki 2 hektarlıq sahəni əhatə edəcək yaşayış məskəni 15 evdən ibarət olacaq. Evlərin hər birində 3 yataq otağı və iki vanna otağı olacaq.

Hər evin çap edilməsi bir sutka vaxt aparacaq. Sakinlərin istəyinə uyğun olaraq, evə iki yataq və bir vanna otağı da əlavə etmək mümkün olacaq.

Bununla yanaşı, əlavə ödəniş müqabilində evin həyətində hovuz, cakuzi, mini mətbəx kimi sahələr də yaradıla bilər.

Evlərin qiyməti 595-950 min dollar arasında dəyişəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man