DİN Facebook fəallarının şəxsi yazışmalarının yayılmasını araşdırır - AÇIQLAMA

12 Mart 2021 | 11:01
OXUNUB: 2252
Beynəlxalq Qadınlar Günündə Bakıda bir qrup aktivist qadının "8 Marş - Haqlarımız uğrunda” yürüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Aksiyadan 1 gün sonra fəallardan biri Nərmin Şahmarzadənin yaxın çevrəsinə daxil olan Gülnarə Mehdiyeva, Bəxtiyar Hacıyev və digər aktivistlərlə mesajlaşmaları yayıldı. Həmin şəxsi yazışmalardakı psixoloji olaraq çətin vəziyyətdə olan yeniyetmə qadınlarla bağlı müzakirələr və şəxslər arasındakı intim söhbətlər də açıq formada paylaşıldı.

Tərəflər bunu montaj adlandıraraq hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildiriblər.

Sfera.az bildirir ki, DİN Mətbuat xidmətindən məsələ ilə bağlı "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyev qeyd edilən halla bağlı nazirliyin 102 xidmətinə müraciət edib: "Müraciət aidiyyatı üzrə Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə yönləndirilib. Bəxtiyar Hacıyev bölməyə dəvət edilərək ifadəsi alınıb. Hazırda araşdırmalar davam etdirilir”.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man