"Telegram"da YENİLİK:Səs çatları yaradıldı

Yeniliklər 20 Mart 2021 | 12:37
OXUNUB: 886

Son zamanlarda getdikcə populyarlaşan “Telegram” sosial şəbəkəsində yeni funksiya istifadəyə verilib.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, artıq kanallarda da səs çatları yaratmaq mümkün olacaq. Onların dinləyicilərinin sayı isə məhdudlaşdırılmayacaq.

Səs çatlarını yaddaşda saxlamaq mümkündür. Onların iştirkaçılarının bioqrafiyası da açıq şəkildə təqdim olunacaq. İştirakçı söz demək istəyini bildirdikdən sonra, spikerlər onu öz kanalları adından çata qoşa biləcəklər.

 

“Kanallardakı və açıq qruplardakı səs çatları üçün iştirakçı məhdudiyyəti aradan qaldırılıb. Canlı efirdəki söhbətlərə artıq milyonlarla istifadəçi qulaq asa biləcək. Bu isə o deməkdir ki, hər bir “Telegram” kanalı faktiki olaraq, radiostansiya funksiyasını yerinə yetirəcək”, - deyə şirkətdən verilən məlumatda bildirilib.

Açıq qrupların və kanalların adminləri səs çatları üçün dəvət linkləri hazırlaya və onları iki qrupa bölməklə (spikerlər və dinləyicilər üçün olan linklər) lazımi ünvanlara göndərə biləcəklər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man