“YouTube” “TikTok”un analoqunu istifadəyə verib

Yeniliklər 19 Mart 2021 | 22:38
OXUNUB: 1111

Populyar "YouTube" videohostinq xidməti ABŞ-da "TikTok"un analoqunu istifadəyə verib. Artıq "Shorts" adlandırılmış yeni xidmətdə amerikalı istifadəçilər öz qısamüddətli videolarını dərc edə bilərlər.

Yeni xidmətdə smartfondan məzmunu rahat izləmək üçün istifadəçilərə videonu şaquli formatda hazırlamaq imkanı yaradılıb. Həmçinin "Shorts" xidmətində videoya xüsusi effektlər və musiqi tətbiq etmək mümkündür. "YouTube"un nümayəndələrinin sözlərinə görə, xidmətin beta-versiyası yaxın bir neçə həftə ərzində ABŞ-dakı istifadəçilər üçün əlçatan olacaq.

"Shorts" xidməti ilk öncə hələ ötən il Hindistanda təqdim edilib. Şirkətin məlumatına görə, hazırda "Shorts" xidmətinin gündəlik baxış göstəricisi 6,5 milyarda bərabərdir./"ICTnews"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man