Yolda çuxura düşən sürücünün avtomobilinə maddi ziyan dəyib. Bu barədə sürücü Avtosfer.az-a məlumat verərək öz şikayətini bildirib. Onun müraciətini olduğu kimi təqdim edirik:
“Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən binaların birində yaşayıram. Martın 5-i axşam saatlarında həyətdən çıxmaq istəyən zaman avtomobilim yolda yaranan çuxura düşərək ayaqcığı əzildi. Ortada maddi ziyan olduğu üçün dərhal 102 xidmətinə məlumat verdim. Polis əməkdaşları yol nəqliyyat hadisəsini qeydə aldıqdan sonra bu yolun kimin balansında olduğunu maraqlanmağa başladım. İlk olaraq Qobustan qəsəbə icra nümayəndəsi İsa müəllimlə danışdım. O dedi ki, “bizim balansımızda yol yoxdur. Siz bələdiyyə ilə danışın”. Bələdiyyənin sədri Mahmud müəllimlə əlaqə yaratım, o da bildirdi ki, “bizim balansımızda deyil. Siz MKİS-lə (jek-lə) əlaqə saxlayın”. Sonda MKİS-in müdiri Xosrov müəllimlə əlaqə saxladım, o da dedi ki, mənim ümumiyyətlə balansım yoxdur. Beləliklə yolun kimin balansında olmasını tapa bilmədim. Onda belə çıxır ki, dövlətin balansında deyilsə həmin ərazidə nə istəsək tikə bilərik”- deyə sürücü bildirib.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man