Köhnə maşınların ləğv edilməsinə az qaldı - Nazirlikdən AÇIQLAMA

Nəqliyyat xəbərləri 19 Mart 2021 | 13:01
OXUNUB: 2194

Köhnə avtomobillərin mühərriklərinin işləməsi zamanı əmələ gələn yanma məhsullarında zəhərli maddələrin miqdarı yeni avtomobillərə nisbətdə dəfələrlə çox olur. Avtosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda qeyd olunur ki, bu təhlükə yol nəqliyyat hadisələrində də özünü qabarıq şəkildə göstərir. Yəni hər hansı bir qəza baş verəndə istismar müddətini başa vurmuş, nasaz avtomobil daha ağır nəticələr verir. Eyni zamanda bu nəqliyyat vasitələri digərləri üçün də təhlükə mənbəyidir.

Bununla bağlı Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramının əsasən hal-hazırda utilizasiya proqramı hazırlanır və tezliklə icrası həyata keçirələcək.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man