Polislər şəhid ailələrini və qaziləri ziyarət etdi - FOTO

İctimai nəqliyyat 19 Mart 2021 | 12:33
OXUNUB: 1408

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları Novruz bayramı ilə əlaqədar Vətən müharibəsində yaralanan qazilərimizi ziyarət ediblər. DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ziyarət zamanı qazilərlə həmsöhbət olan polislər onların qayğıları, müalicələrinin gedişi ilə maraqlanıblar və hər zaman dövlətimizin qayğısını hiss edəcəklərini bildiriblər. Bayram münasibətilə qazilərimizi və ailə üzvlərini təbrik edən asayiş keşikçiləri gətirdikləri sovqatları onlara təqdim ediblər.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları isə Vətən müharibəsində şəhid olan  Elnur Qafarovun və Sadiq Məmmədovun ailələrini, eləcə də döyüşlərdə sağlamlığını itirən qazi Cavid Abdinovu ziyarət ediblər. Görüşlərdə dövlətimizin tərəfindən şəhid və qazı ailələrinə göstərilən diqqət və qayğıdan danışılıb, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirələri hər zaman xalqımızın qəlbində yaşayacağı diqqətə çatdırılıb.

Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man