“Instagram”da uşaqları təhlükədən qorumaq üçün yeni funksiya istifadəyə veriləcək

Yeniliklər 18 Mart 2021 | 20:38
OXUNUB: 1789

“Instagram” sosial şəbəkəsi yetkinlik yaşına çatmamış istifadəçilərin mobil tətbiqdən istifadəsi zamanı onlar üçün yarana biləcək riskləri xeyli azaldacaq yeniləmə təqdim edəcəyini elan edib. Bu haqda şirkətin bloqunda məlumat verilib.

Tezliklə tərtibatçılar tərəfindən istifadəyə veriləcək yeni məxfilik funksiyaları yetkinlik yaşına çatmamış istifadəçiləri internetdə yetkin şəxslərlə ünsiyyət zamanı yarana biləcək risklərdən qoruyacaq.

Məsələn, “Instagram” xidməti yeniyetmə və uşaqların hesabına abunə olmayan yetkin istifadəçilərin onlara şəxsi mesaj göndərmək imkanını bloklamaq niyyətindədir.
Bundan başqa, daha əvvəl platformada özünü "pis" aparan yetkin şəxsin hesabı "uyğun olmayan" məzmun kimi işarələnə bilər./“ICTnews”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man