DYPNovruz bayramı ilə əlaqədar sürücülərə müraciət etdi

İctimai nəqliyyat 18 Mart 2021 | 15:52
OXUNUB: 1443

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Novruz bayramı ilə əlaqədar sürücülərə müraciət edib.

BDYPİ-dən Avtosfer.az-a daxil olan müraciətdə deyilir:

"Novruz bayramı ilə əlaqədar 2021-ci il mart ayının 20-dən 29-dək qeyri-iş günü olması və ötən illərin təcrübəsi deməyə əsas verir ki, belə uzunmüddətli istirahət günlərində şəhər əhalisinin respublikanın müxtəlif regionlarına getmələri, rayonlardan isə kənd sakinlərinin paytaxta gəlmələri ilə bağlı bayram günlərində avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi yüksəlir. Bununla yanaşı, bəzi sürücülərin tələskənliyi, mövcud hərəkət şəraitini və mövsümi hava şəraitini düzgün qiymətləndirmədən müəyyən edilmiş hərəkət sürətini aşmaları, ötmə və manevr etmə qaydalarını pozmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.

Eyni zamanda Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkənin şəhər və rayonlarından sərnişin daşımalarının dayandırılmasına baxmayaraq, bəzi fiziki və hüquqi şəxslərin, əsasən də "Mercedes-Benz Viano" və "Vito" markalı nəqliyyat vasitələri ilə bu fəaliyyətlə məşğul olması, həmçinin sürücülərin gün ərzində yuxu və istirahət rejiminə əməl etmədən yorğun formada uzun məsafəli yolu bir neçə dəfə gedib gəlməsi sonda ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına, xüsusilə sürücülərə yollarda diqqətli olmağı, sükan arxasına yorğun, yuxulu, dərman preparatlarının təsiri altında və ya sərxoş vəziyyətdə əyləşməməyi, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçməyi, valideynlərə azyaşlı uşaqları küçələrdə nəzarətsiz qoymamağı tövsiyə edir".

"Qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhval ruhiyyə ilə keçirilməsi üçün dövlət yol polisi əməkdaşları bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarəti gücləndirəcək", - BDYPİ-dən bildirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man