İctimai nəqliyyatda pandemiya qaydalarına nəzarət məqsədilə reyd keçirildi - VİDEO

İctimai nəqliyyat 18 Mart 2021 | 12:18
OXUNUB: 2733

Bayram günləri ərəfəsində ictimai nəqliyyatda sərnişin sayının artması ilə əlaqədar olaraq karantin qaydalarına riayət olunmasını təmin etmək məqsədilə Astarada dövlət yol polisi əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər gücləndirilib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu məqsədlə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən ictimai nəqliyyat vasitələrində pandemiya qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir. Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə təşkil olunan növbəti reyd zamanı sürücü və sərnişinlərin tibbi maskaladan istifadə etməsi, sərnişin sayının qaydalar çərçivəsində olması yoxlanılıb. Normadan artıq sərnişin daşınması halları aşkarlandıqda sürücülərə bir daha xəbərdarlıq edilib və bu halın yoluxma riskini artırdığı bildirilib. Tibbi maskadan düzgün şəkildə, yəni tənəffüs yollarını örtəcək formada istifadə edilməsi ilə bağlı bir daha sürücü və sərnişinlərə xəbərdarlıq edilib. Yol polisi əməkdaşları tərəfindən sürücülərə tibbi maska və spirt paylanıb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man