Azərbaycanda 4 yol qəzasında 5 nəfər öldü - Bir gündə...

Yol qəzaları 18 Mart 2021 | 10:24
OXUNUB: 1550

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, martın 17-də törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man