Bakıda ağır yol qəzası olub, 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Yol qəzaları 18 Mart 2021 | 00:05
OXUNUB: 3295

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Hadisə Hüseyn Cavid prospektində baş verib.

“Daewoo” markalı avtomobili idarə edən Şahbazov Azər Bəxtiyar oğlu sükana nəzarəti itirib. Nəticədə avtomobil əks yolda hərəkətdə olan “Renault”a çırpılıb. 

Sürücülər avtomobildə sıxışıb qaldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. “Renault”un sürücüsü Abbasov Elçin Telman oğlu və digər sürücü A.Şahbazov sıxışıb qaldıqları avtomobillərin salonundan çıxarılaraq xəstəxanaya çatdırılıb.

Qəza zamanı “Renault” markalı avtomobilin sürücüsünün həyat yoldaşı Abbasova Günay Fəxrədin qızı da xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti ağırdır./Apa


***
Bakının Yasamal rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, hadisə Hüseyn Cavid prospektində metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında baş verib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man