Şəmkirdə bir gündə 2 yol-nəqliyyat hadisəsi baş verib.
Qəzalardan biri Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı minik maşını “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı hər iki sürücü yüngül xəsarət alıb. Avtomobilər yararsız hala düşüb.
Digər hadidə isə magistral yolunun rayonun girişindən keçən hissəsində qeydə alınıb. İki “Niva” markalı minik maşını toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb, avtomobilərə ciddi ziyan dəyib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man