“WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ

Yeniliklər 16 Mart 2021 | 15:11
OXUNUB: 685

“WhatsApp” messencerində istifadə şərtləri və məxfilik siyasətinin yenilənməsinə başlanılıb. Martın 15-də messencerin istifadəçiləri yeni şərtlərin qəbul olunmasını tələb edən bildiriş alıblar.

Unikal.org verir ki, bildirişə əsasən, istifadəçi yenilənmiş şərtlərdən imtina etdiyi halda əvvəlki kimi mesaj və zənglər ala biləcək, ancaq onları oxuya və zənglərə cavab verə bilməyəcək.

Messencerin tam funksionallığından istifadə etmək üçün yenilənmiş şərtləri və məxfilik siyasətini qəbul etmək lazımdır.

Fevralın sonunda “WhatsApp”ın yeni şərtlərini qəbul etməyən müştərilərin funksionallığının məhdudlaşdırılacağı məlum olub. Uzun müddət ərzində yeni şərtləri qəbul etməmiş qeyri-aktiv hesablar silinəcək. Dəyişikliklər mayın 15-dən qüvvəyə minəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man