Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 504,6 mln. manat olub ki, bu da illik müqayisədə 17,9% azadır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövrü neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 73%, neft koksunun istehsalı 5,8% artıb, sürtkü yağlarının istehsalı 1,9%, dizel yanacağının istehsalı 4,2%, neft bitumunun istehsalı 22,8%, ağ neftin istehsalı 34,8%, avtomobil benzininin istehsalı 35,3%, yanacaq mazutunun istehsalı 79,4% azalıb.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhali tərəfindən 322,6 mln. manat məbləğində avtomobil yanacağı (avtomobil benzini və dizel) istehlak edilib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 11,9% azalıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man