Bakıda qadını avtomobillə vurub qaçan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -Avtosfer.az-a verilən məlumata görə, martın 12-də saat 15 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini N.Dadaşova vurulub və piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini C.Cəfərov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man