“Tesla” sahibini soyğunçudan xilas etdi, İlon Mask təəccübləndi - FOTO - VİDEO

Maraqlı 15 Mart 2021 | 10:36
OXUNUB: 638

“Tesla” elektromobili öz sahibinin həyatını xilas edib.

“Fox News” xəbər verir ki, hadisə Floridada baş verib.

ABŞ HDQ zabiti Dreyper Yuns öz elektromobilində əyləşən zaman silahlı soyğunçu ona tərəf yaxınlaşıb və maşının qapısını açmağa cəhd edib. “Ağıllı” avto isə qapının dəstəyini içəri batıraraq, soyğunçunu çaş-baş salıb.

Qapının dəstəyini tapa bilməyən silahlı şəxs nə edəcəyini bilməyərək, bir anlıq silahını yerə salıb. Bundan istifadə edən sürücü qaza basaraq sürətlə ərazidən uzaqlaşıb.

Elektromobilin kamerası hadisəni lentə alıb. Görüntülər artıq polisə təhvil verilib.

“Twitter”də yayılan videoya “Tesla” şirkətinin sahibi İlon Mask da münasibət bildirib. Milyarder öz məhsulunun “hərəkətlərini” təəccüblə qarşılayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man