Yaponiya paytaxtı üzərində yanan asteroid parçası müşahidə edilib - FOTO

Maraqlı 14 Mart 2021 | 16:33
OXUNUB: 926

Martın 14-nə keçən gecə Yaponiya paytaxtının sakinləri şəhər üzərində odlu şar müşahidə ediblər.

 Yaponiya KİV-ləri xəbər verir ki, bu odlu şar Tokio da daxil olmaqla Kanto regionunun səmasında gecə saat 3-dən sonra müşahidə edilib.

NHK telekanalının paytaxtın Şincuku rayonunda yerləşən kameralarında ekranın sağında yuxarı hissədə meydana gələn odlu şar aşağı sol küncə doğru hərəkət edib.

NHK telekanalının Tokionun Çyuo rayonunda yerləşən kameraları da buna bənzər kadrları qeydə alıb.

Mütəxəssislərin qənaətinə görə, yerli sakinlər yerin atmosferinə daxil olarkən yanan asteroid parçasını müşahidə ediblər./AzərTAC

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man