Daimi yaşamaq üçün gələnlər gedənlərdən çoxdur – Azərbaycanı cəlbedici edən nədir?

04 Mart 2021 | 12:37
OXUNUB: 803
"Azərbaycandakı iqtisadi artım, əldə edilən uğurlar, baş verən önəmli dəyişiklik və islahatlar öz töhfəsini verib.”

Bu sözləri Sfera.az-a açıqlamasında keçən il Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayının ölkədən gedənlərin sayını dəfələrlə üstələməsinin kökündə hansı amillərin dayandığına aydınlıq gətirərkən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib:

"Ümumiyyətlə, 2008-ci ildən etibarən Azərbaycanın miqrasiya saldosu müsbətdir. Ona qədər isə bu saldo mənfi olub. Miqrasiya saldosunun müsbət olması adətən iqtisadi, sosial, siyasi və digər sahələrdə kifayət qədər inkişaf templərinin olduğu ölkələrdə özünü göstərir. İstənilən sahədə baş verən müsbət dəyişikliklər insanların özləri üçün həmin ölkəni yaşamaq üçün təyinat məntəqəsi kimi seçməsinə birbaşa təsir edən amildir. Azərbaycan da bu kimi müsbət tendensiyalara malik olan ölkədir.  Ölkəmizdəki iqtisadi artım, bir çox sahələrdə əldə edilən uğurlar, siyasi sabitlik,  sosial sahədə baş verən dəyişikliklər, həyata keçirilən islahatlar, cəmiyyətdə hökm sürən müsbət ab-hava, istər-istəməz  Azərbaycanı insanlar üçün daimi yaşamaq baxımından cəlbedici məkana çevirib”.

Həmsöhbətimiz onu da vurğuladı ki, ölkəmizə daimi yaşamaq üçün gələn insanların böyük əksəriyyəti  azərbaycanlılardır.

A. Allahverənovun fikrincə, 44 günlük müharibənin qələbə ilə başa çatması fonunda 2021-2022-ci illərdə ölkəmizdə daimi yaşamaq üçün müraciət edən insanların sayında daha kəskin artımın olacağını müşahidə edəcəyik:"Bu artıma təsir edən amillərdən biri də məhz torpaqlarımızn işğaldan azad edilməsi olacaq. Ölkənin beşdə birinin işğalı dövründə məcburi köçkünlərimizin müəyyən hissəsi müxtəlif səbəblərdən xaricə üz tutmuşdu. Azad edilmiş torpaqlarımızda gerçəkləşəcək böyük quruculuq işləri bu günə qədər xaricə üz tutan çoxsaylı insanlarımızın  geri dönüşünə təsir edəcək”.
 
Elçin
Sfera.az
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man