Dünən gecə saat 1 radələrində Binəqədi rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Əlizadə Emin Firvodsi oğlunun idarə etdiyi 99-UZ-598 dövlət nömrə nişanlı BMW markalı avtomobil Rəşid İsmayılov küçəsində idarəetmədən çıxaraq körpüdən aşağı düşüb. Nəticədə avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü Cəlilabad rayon sakini Şahin Mədətov hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə sürücü Emin Əlizadə həkimdir və nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ yoxdur və onlar həmin vaxt ad günündən gəlirmiş. Sürücünün sükan arxasında sərxoş vəziyyətdə olduğu bildirilir.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man