Abel Məhərrəmovdan YAP-la bağlı açıqlama: “Onlar gəlməlidir, daim biz qalası deyilik ki…”

03 Mart 2021 | 20:17
OXUNUB: 1847
"Hesab edirəm ki, bütün sahələrdə cavanlaşdırma siyasəti reallaşdırılmalıdır".

Sfera.az xəbər verir ki, bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Abel Məhərrəmov deyib.

A.Məhərrəmov bildirib ki, əgər belə məsləhət olarsa, mən tam razıyam, heç bir narahatlıq yoxdur:
 
"Yeni Azərbaycan Partiyasının növbəti qurultayı ilə bağlı bizə gündəlik təqdim olunmayıb, ona görə də dəqiq hansı dəyişikliklərin nəzərdə tutulduğunu bilmirik. Həmçinin bəzi kadrların YAP-ın İdarə Heyətindən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı haqda heç bir məlumatım yoxdur. Cavanlaşdırma siyasəti ilə bağlı atılan bütün addımları isə müsbət qiymətləndirirəm. Ehtimal edirəm ki, xidmətdə olan cavan kadrlara yer verirlər. Bizim yerimizə cavanlar gəlməlidir də, elə daim biz qalası deyilik ki. Kommunist partiyası deyil ki, bir adam axıra kimi getsin. Cavanlaşdırma siyasəti ölkə üçün vacib faktordur".

Qeyd: Martın 5-də YAP-ın növbədənkənar  qurultayı keçiriləcək. (Pravda.az)

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man