"Rolls-Royce"ötən ili 4 mlrd. funt zərərlə başa vurub

Nəqliyyat xəbərləri 12 Mart 2021 | 11:48
OXUNUB: 789

Böyük Britaniyanın təyyarə, dəniz və enerji avadanlığı istehsalçısı "Rolls-Royce" şirkəti 2020-ci ili vergidən əvvəl 4 mlrd. funt sterlinq (təxminən 5,585 mlrd. ABŞ dolları) zərərlə başa vurub. Halbuki, 2019-cu ildə şirkət 583 mln. funt sterlinq (814 mln. dollar) həcmində mənfəət əldə etmişdi.

Avtosfer.az-ın "Kommersant"a istinadən verdiyi məlumata görə, şirkətin gəlirləri 15,5 mlrd. funtdan (21,6 mlrd. dollar) 11,8 mlrd. funta (16,5 mlrd. dollar) düşüb.

Ötən il ən çox zərər görən aviasiya avadanlığı şöbəsi oldu. Belə ki, "Rolls-Royce" istehsal etdiyi mühərriklərin uçuş saatlarına görə aviaşirkətlərdən ödəniş alır. Pandemiya səbəbindən 2020-ci ildə sərnişin aviareyslərinin az olması səbəbindən daxilolmalar da olduqca aşağı idi. Şirkət 9 min iş yerini ixtisar və 5,3 mlrd. funt sterlinq (7,4 mlrd. dollar) həcmində əlavə maliyyə vəsaiti cəlb etməyə məcbur oldu. "Rolls-Royce" borcun bir hissəsini ödəmək üçün bu il 2 mlrd. funtluq (2,8 mlrd. dollar) aktivlərini satmaq niyyətindədir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man