"Porsche" elektromobil üçün yatırımlarını artırır

Nəqliyyat xəbərləri 11 Mart 2021 | 21:43
OXUNUB: 816

Porsche Xorvatiyanın elektrikli hiperkarlar və akkumulyator aqreqatları ilə tanınan Rimac avtomobil şirkətinə yatırımı artırıb. Porsche rəsmilərinin verdiyi açıqlamada şirkətin əlindəki hissələrin 15%-dən 24%-ə qaldırıldığı və elektromobil bazarı üçün Rimac-a 70 milyon avro yatırıldığı qeyd edilib.

Avtosfer.az ted.az-a istinadən bildirir ki, bununla Porsche artıq üçüncü dəfə elektromobilə investisiya yatırmış olacaq. 2018-ci ildə başlayan investisiyalar 2019-cu ildə də davam edib. Bir neçə ay əvvəl Hyundai Motor Company və Kia Motors birlikdə Rimac üçün 80 milyon avro sərmayə qoyub. Mate Rimac tərəfindən 2009-cu ildə qurulan şirkət 2018-ci il Cenevrə Beynəlxalq Avtomobillər Sərgisində təqdim etdiyi iki yerlik C Two elektrik hiper avtomobilləri ilə xeyli tanınıb. Təxminən iki min at gücündə istehsal edilən maşının sürəti saatda 256 mildir. Rimac avtomobilin son versiyasını 2021-ci ildə təqdim etməyi planlaşdırır.

Porsche AG-nin icraçı vitse-prezidenti Lutz Meschke bildirib ki, Porsche ən çox Rimac-ın inkişafı ilə maraqlanır. Həmçinin vurğulanıb ki, davamlı investisiyalarına baxmayaraq, Porsche-nin Rimac-a nəzarət hüququ yoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man