Türkiyəyə getmək istəyənlərə YENİ QAYDA

Yeniliklər 11 Mart 2021 | 16:15
OXUNUB: 617

Türkiyə səlahiyyətliləri ölkəyə giriş qaydalarını dəyişiblər.

Mk.ru xəbər verir ki, martın 15-dən təyyarədə əvvəllər verilən kağız anket yerinə elektron anket təqdim ediləcək.

Turistlər uçuşdan 72 saat əvvəl Türkiyə hökumətinin veb saytındakı xüsusi səhifədə elektron anketi doldurmalıdırlar.

Əvvəl sistem istifadəçiyə səyahətinə və şəxsiyyətinə dair məlumat və sənədlərin hazırlanması zərurəti barədə xəbərdarlıq edəcək. Bu vəziyyətdə tranzit sərnişinlərin anket doldurmasına ehtiyac yoxdur.

Sonra müraciət edən şəxs bütün bəndləri doldurmalı olacaq və ona avtomatik olaraq fərdi HES kodu veriləcək. Bunun sayəsində Türkiyə səlahiyyətliləri həmin şəxsin özündə və ya səyahət zamanı təmasda olduğu insanlarda koronaviruslu şəxs olduğu halda onlarla əlaqə yarada biləcəklər.

Kod həm hava limanında göstərmək üçün, həm də oteldə qeydiyyat zamanı tələb olunacaq.

Anket doldurulduqdan sonra çap olunmalı, smartfona və ya planşetə yüklənməlidir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man