Balakəndə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Dünən gecə saatlarında Balakən-Qazbinə-İtitala avtomobil yolunun Püştətala kəndi ərazisindən keçən hissəsində yük maşını hərəkətdə olarkən sərt döngədə onun yoluna çıxan atlını vurub.
Qəza nəticəsində atlı, rayonun Kortala kənd sakini, 23 yaşlı Elmar Abdullayev aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. Onun meyiti müayinə edilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib. Qəzada eyni zamanda ölən şəxsin mindiyi at da tələf olub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man