Martın 5-də hakim partiya özünün növbəti
qurultayını keçirərək YAP-ın rəhbərliyini təmsil edən İdarə Heyəti və Siyasi
Şuranın tərkibində dəyişiklik edəcək. İddia olunur ki, qurultayda çox sayda məşhur
YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Ehtimallara görə, onlar yaşlı və
ictimai rəydə neqativ dəyərləndirilən simalardır.
Məlumdur ki, Azərbaycanda təqaüd yaşı 65 yaş
müəyyən edilib. "Dövlət qulluğu haqqında” Qanuna görə dövlət qulluqçuları üçün ən
son yaş senzi də 65 yaşdır. YAP-da "vurulacacaq” funksionerlər arasında
yaşlıların üstünlük təşkil edəcəyi də istisna edilmir.
Bu baxımdan Sfera.az pensiya yaşını keçmiş məşhur
YAP-çıları araşdırıb. Həmin şəxsləri təqdim edirik;
Hacıbala Abutalıbov - 76 yaş , təqaüdçü
Əli Əhmədov – 68 yaş, Baş nazirin müavini, YAP
Sədrinin müavini – icra katibi
Akif Əlizadə - 87 yaş, Yeni Azərbaycan
Partiyasının Sədr müavini
Əli Həsənov - 72 yaş, Yeni Azərbaycan
Partiyasının Sədr müavini
Mübariz Qurbanlı – 67 yaş, Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra
katibinin müavini
Abel Məhərrəmov – 71 yaş, akademik
Arif Rəhimzadə - 80 yaş, təqaüdçü
Yaqub Eyyubov - 75 yaş, Baş nazirin birinci
müavini
Oqtay Əsədov - 66 yaş, Milli Məclisin deputatı
Ramiz Mehdiyev - 82 yaş, Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik
Novruz Məmmədov - 73 yaş, Azərbaycan Dillər
Universitetinin elmi işlər üzrə prorektor
Misir Mərdanov - 74 yaş, Azərbaycan Milli Elmlər
Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru
Qeyd edək ki, 65 yaşı tamam olan dövlət
qulluqçusunun qulluq müddəti icra hakimiyyətinin müvafiq orqanılarının rəhbərləri
tərəfindən hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluğunda
olmaq müddətinin uzadılmasına beş ildən artıq icazə verilmir.
Günay
Sfera.az